Bermud üçbucağı adlanan ərazidə şəxsi təyyarə radarlardan itib
Paylaş
292 baxış·1 dəq oxu
Bakı. 17 may. REPORT.AZ/ Atlantik okeanının Bermud üçbucağı adlanan ərazisində şəxsi təyyarə radarlardan itib. "Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, hava gəmisinin göyərtəsində iki uşaq, onların anası və təyyarəni idarə edən iş adamı Natan Ulrix olub. Təyyarə Baham adaları yaxınlığında yoxa çıxıb.