"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində iqamətgaha yaxın ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb, nəqliyyatın hərəkətində müvəqqəti fasilə yaranıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya çatdırılıb, ikisinin vəziyyəti daha ağırdır.
İnsidentə hansı tərəfin səbəb olduğu hələ ki, məlum deyil.