Onlar haqda bu məlumatları ilk dəfə biləcəksiniz...

Orta Asiya liderlərinin həyat yoldaşları haqda maraqlı faktlar ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, “First lady”lərin əksəriyyəti qapalı həyat tərzi keçirməyə üstünlük verir.

Qazaxıstan prezidentinin həyat yoldaşı Sara Nazarbayeva

İxtisasca mühəndis olan Sara Nazarbayeva ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə haqqını qarşılayan “Böbek” Beynəlxalq Uşaq Xeyriyyə fondunun rəhbəridir.

Sara Nazarbayeva xalq mahnıları oxuyur, üzməyi sevir. O, son zamanlar rəsmi görüşlərdə çox nadir hallarda görünür. Nursultan Nazarbayev əsasən, böyük qızı Dariqa ilə tədbirlərdə yer alır.

55 illik evlilik həyatı olan cütlüyün 3 qızı, 8 nəvəsi var.

Qırğızıstan preizdentinin həyat yoldaşı Raisa Atambayeva

Uralda anadan olan Raisa Atambayeva SSRİ dövründə ailəsilə birlikdə Oş şəhərinə gələrək, orada məskunlaşıb. Lomonosov Moskva Dövlət Universitetinin məzunu olan xanım Atambayeva tibb elmləri üzrə dosentdir.

29 illik evlilik həyatı olan cütlüyün Aliyə və Kadir adlı iki övladı var.

Tacikistan prezidentinin həyat yoldaşı Əzizmo Əsədullayeva

İmaməli Rəhmanovun həyat yoldaşı mətbuatdan demək olar ki, uzaqdır. Onu rəsmi görüşlərdə nadir hallarda görmək mümkündür.

Əzizmo Əsədullayeva 7-si qız, 2-si oğlan olmaqla, 9 uşaq anasıdır.

Türkmənistan prezidentinin həyat yoldaşı Oqulgerek Berdimuhəmmədova

Onun 2007-ci ildən etibarən Londonda tez-tez qapalı libaslarda göründüyü deyilir. Oqulgerek Berdimuhəmmədova haqqında mediada elə də çox məlumat yoxdu.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR