İslamiada: Abakarovadan qızıl medal, Tağızadə finalda

İslamiada: Abakarovadan qızıl medal, Tağızadə finalda
19:14 17 May 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha 5 çəkidə təmsilçilərimiz medallar uğrunda mübarizə aparacaqlar.

 

Kişilərin yarışında 3, qadınlarda isə 2 taekvondoçumuz dayanq üzərinə çıxacaq.

 

Kişilər

68 kq

Ayxan Tağızadə mübarizəyə 1/4 final mərhələsindən start verib. Avropa Oyunlarının qalibinin rəqibi Ruhulla Nikpa (Əfqanıstan) olub. İlk dəqiqələrdən təşəbbüsü ələ alan idmançımız üstünlüyünü sonadək qoruyub. O, 28:14 hesablı qələbə sayəsində yarımfinala vəsiqə əldə edib. 

 

Taekvondoçumuz həlledici mərhələ üçün Səud Almuvalladla (Səudiyyə Ərəbistan) üz-üzə gəlib. Almuvalladdan aşkar üstün döyüşən Ayxan (18:9) həlledici görüşə vəsiqə qazanmağı bacarıb. Onun rəqibi Seyidhüseyn Ehsanipetrudi olacaq.

 

80 kq

Bu çəkidə yarışan Milad Beiqi Harçeqani də yarışa 1/4 finaldan başlayıb. Avropa Oyunlarının qızıl, Olimpiadanın bürünc mükafatçısı olan idmançımız ilk olaraq Məcid Almabruku (Səudiyyə Ərəbistanı) sınağa çəkib. Harçeqani görüşü çətinlik çəkmədən qazanıb. O, 21:2 hesabı ilə qalib gələrək, adını yarımfinala yazdırıb.

 

Harçeqani finala yüksəlmək üçün iranlı Əlirza Dərvişpurla qarşılaşacaq. 

 

+87 kq

Olimpiya çempionumuz Radik İsayev də bu gün dayanq üzərinə çıxıb. Komanda yoldaşları kimi mübarizəyə 1/4 finaldan başlayan Radikin ilk rəqibi pakistanlı Adil Şah olub. Təmsilçimiz görüşü çətinlik çəkmədən qazanıb. İsayev Şahı 26 xal fərqi ilə məğlub edib - 34:8.

 

Yığmamızın lideri finala vəsiqə uğrunda Həmzə Kattanla (İordaniya) döyüşəcək. 

 

Qadınlar

49 kq

Yay Olimpiya Oyunlarının digər bürünc mükafatçısı Patimat Abakarova da İslamiadaya 1/4 finaldan start verib. O, Layan Cabirlə (Fələstin) münasibətlərinə aydınlıq gətirib. Rəqibinə çətin anlar yaşadan Abakarova 19:7 hesablı qələbə sayəsində mərhələ adlayıb. 

 

Abakarova 1/2 finalda Südabə Pursadiqi Şalmei (İran) ilə qüvvəsini sınayıb. İlk saniyələrdən daha yaxşı təsir bağışlayan təmsilçimiz 15:4 hesablı qələbə qazanaraq, finala adlayıb. Qızıl medal uğrunda mübarizədə idmançımız qazaxıstanlı Aynur Yasbergenova ilə döyüşüb. Final görüşündə də ciddi müqavimətlə üzləşməyən taekvondoçumuz (14:4) İslamiadanı qızıl medalla başa vurub.

 

67 kq

Bu çəkidə ölkəmizi təmsil edən Fəridə Əzizova yarışa 1/4 finalda başlayıb. İranlı Parisa Cavadikuçaksareyla üz-üzə gələn Avropa Oyunlarının gümüş mükafatçısı 10:4 hesabı ilə qalib gəlib.

 

Əzizova növbəti qarşılaşmasında özbəkistanlı Nigora Tursunkulova ilə qüvvəsini sınayacaq. 

 

Qeyd edək ki, taekvondo yarışlarının ilk günündə millimiz bir qızıl və bir gümüş medal qazanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR