Cənubi Afrika Respublikasında (CAR) qızıl mədənində ötən həftə baş vermiş partlayışdan sonra dağıntılar altında 29 nəfərin cəsədi tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış Fri-Steyt əyalətində, keçmişdə "Harmony Gold" şirkətinə məxsus mədəndə baş verib.

Məlumatda deyilir ki, ölənlərin əksəriyyəti Zimbabve, Mozambik və Lesoto vətəndaşlarıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində