Türkiyə Super Liqasında transfer bombası

Türkiyə Super Liqasında transfer bombası
09:07 18 May 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

Yeni mövsüm üçün iddialı heyət qurmaq istəyən "Trabzonspor" transfer bombasını partladır. Fanat.Az xəbər verir ki, Qara dəniz klubu Frank Riberini heyətinə qatır.


Məlumata görə, artıq transfer danışıqları yekunlaşmaq üzrədi. Klub futbolçu ilə anlaşıb. İndi fransız ulduzun forma geyindiyi "Bavariya" ilə razılıq əldə edilməlidi. Məlumata görə, "Bavariya" türklərdən bu transferə görə 5 milyon avro istəyir. "Trabzonspor" isə 3,5 milyon avro təklif edir. Aradakı 1,5 milyon avroluq fərqlə bağlı razılıq əldə olunsa, transfer qısa zamanda reallaşacaq. Riberi özü isə illik 3 milyon avro maaş alacaq.


Qeyd edək ki, Riberi 2005-ci ildə "Mets"dən "Qalatasaray"a 5 milyon avroya transfer olunub. Lakin 6 ay sonra İstanbul klubunu qalmaqallı şəkildə və heç bir transfer haqqı ödənmədən tərk edərək "Marsel"ə keçib. "Bavariya" 2007-ci ildə onu 25 milyon avroya alıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turkiy-super-liqasnda-transfer-bombas-t58159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR