Türkiyə - Yunanıstan gərginliyi artır - Hər iki ölkədən sərt açıqlamalar... / VİDEO

Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Egey dənizində təlim keçirəcək.

Metbuat.az xəbər verir ki, hər il olduğu kimi 13-26 mayda keçirilən təlimlər bu il “Dəniz qurdu-2017 ” adı altında baş tutacaq.

Türkiyə bu il də NATO üzvlərini təlimdə iştiraka dəvət edib. Bu isə Yunanıstanın kəskin etirazına səbəb olub. Yunanıstanın Ankaradakı səfiri Kuriakos Lukakis NATO üzvlərini 22 mayda gerçəkləşdirilməsi nəzərdə tutulan dəvətdən imtina etməyə çağırıb:

“Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Yunanıstanın hava məkanını pozur. Bu isə Yunanıstanın ərazi bütövlüyünə təhlükədir”.

Təlimlərdə 54 gəmi, 4 patrul təyyarəsi, hərbi-dəniz aviasiyasının 19 vertolyotu və Sahil Mühafizəsinin 7 patrul kateri iştirak edir.

Hərbi təlimlərin mövzusunu dəniz və hava məkanında təhlükələr təşkil edib.

Həmçinin, fövqəladə hal yarandığı zaman gəminin heyət üzvlərinin təxliyyə edilməsi üzrə təlimlər də baş tutub.

Aytən Novruzova / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR