SOCAR bu il 2 mlrd. kubmetr qaz hasil edib

SOCAR bu il 2 mlrd. kubmetr qaz hasil edib
17:32 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) üzrə 1 957,5 mln. kubmetr qaz hasil edilib.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 494,8 mln. kubmetri aprel ayında hasil olunub.
Qeyd edək ki, bu ilin yanvar ayında şirkət üzrə qaz hasilatı 508,3 mln. kubmetr, fevral ayında 450 mln. kubmetr, mart ayında isə 504,4 mln. kubmetr təşkil edib.
Azərbaycan üzrə isə yanvarda 2 472,4 mln. kubmetr, fevralda 2 222,3 mln. kubmetr, martda 2 201,3 mln. kubmetr, apreldə isə 2 366, 2 mln. kubmetr qaz hasil olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-bu-il-2-mlrd-kubmetr-qaz-hasil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR