Səfir: “Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı dünyaya nümunədir”

Səfir: “Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı dünyaya nümunədir”
03:07 20 May 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 20 may. REPORT.AZ/ "Mayın 21-də Türkiyə ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Bu münasibətlə bir sıra tədbirlər planlaşdırılır. Tədbirlər çərçivəsində Türkiyənin baş naziri Bineli Yıldırım Gürcüstana səfərə gələcək".
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Gürcüstandakı səfiri Zəki Levent Gümrükçü söyləyib.
Diplomat deyib ki, baş nazirin səfəri çərçivəsində bir sıra görüşlər, həmçinin ikitərəfli strateji iş birliyinə dair toplantı nəzərdə tutulub.
Görüşlərdə və toplantıda ikitərəfli münasibətlərlə yanaşı, Türkiyə, Gürcüstan və Azərbaycan üçtərəfli əməkdaşlığının perspektivləri, birgə həyata keçirilən layihələr barədə müzakirələr aparılacaq.
Səfir deyib: “Bu gün Türkiyə, Azərbaycan və Gürcüstan bir çox sahələrdə sıx əməkdaşlıq edir, dünya üçün vacib olan layihələr həyata keçirirlər. Bizim üçtərəfli əməkdaşlığımız çox şəffaf və yüksək səviyyədədir. Bu dostluq və əməkdaşlıq dünya ölkələri üçün nümunədir”.
Zəki Ləvənt Gümrükçü Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin bu günlərdə keçiriləcək görüşünə də münasibət bildirib. O deyib ki, Batumidə keçiriləcək üçtərəfli görüşdə ölkələr arasında hərbi sahədə əməkdaşlığa dair çox mühüm məsələlər müzakirə olunacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR