Play Store

Milyarder 110 milyona əsər aldı - FOTO

Milyarder 110 milyona əsər aldı - FOTO
09:57 20 May 2017
Ölkə mətbuatı
A- A+

Mərhum amerikalı rəssam Jan-Mişel Baskiyanın adsız əsəri Nyu-Yorkda keçirilmiş "Sotheby's" hərracında 110 milyon dollara satılıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, hərrac cəmi 10 dəqiqə davam edib.

Bu əsər Baskiyanın ən bahalı tablosu və 1980-ci ildən bəri satılan, qiyməti 100 milyon dollardan artıq olan ilk əsər olub.

Tablo yağlı, akril və aerozol boyaları ilə çəkilib. Bu əsəri yapon modelyer və milyarder Yusaku Maezava satın alıb. Ötən il Maezava mərhum Baskiyanın başqa bir tablosunu 55 milyon dollara almışdı.

Maezava rəssam Baskiyanın yaradıcılığına həsr olunmuş muzey yaratmaq niyyətindədir.

Dünən Maezava İnstagram-dakı profilində yazıb: "Bu əsər məni ruhlandırır və özümü minnətdar hiss etməyimə yardım edir".

1960-cı ildə Nyu-Yorkda doğulmuş qaradərili Jan-Mişel Baskiya neoekspressionizm janrında çalışıb. Cəmi 7 il yaradıcılıqla məşğul olmu Baskiya 1988-ci ildə şeroini kokainlə qarışdırıb qəbul edərək ölüb.

1982-cir ildə əfsanəvi Endi Uorholla tanış olmuş Jan-Mişel Baskiya sonradan onunla birgə bir sıra əsərlər yaratmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/546633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR