Play Store

Tramp keçmiş əməkdaşı haqda

ABŞ prezidenti Donald Tramp Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya səfiri ilə görüş əsnasında FTB-nin keçmiş rəhbəri Ceyms Komini “dəli” adlandırıb.

Metbuat.az xəbər verir ki, Ağ Evdə baş tutan görüş zamanı Tramp Lavrovla Ceyms Komi haqqında danışarkən, “dəlinin biri idi” ifadəsini işlədib:

“Onu işdən azad etmək mənə rahatlıq gətirib. Komi dəli idi”.

Qeyd edək ki, Ceyms Komi Barak Obama tərəfindən 2013-cü ildə 10 il müddətinə FTB-nin direktoru vəzifəsinə təyin olunmuşdu. İstefaya göndərilən direktorun adı ilk dəfə 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkiləri zamanı Hillari Klinton və Donald Tramp arasında gedən yarışmada çəkilmişdi.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR