Play Store

Tramp Səudiyyə Ərəbistanına ilk rəsmi səfərə gedib

Tramp Səudiyyə Ərəbistanına ilk rəsmi səfərə gedib
12:32 20 May 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına ilk rəsmi səfərə gedib.
"Report" "Al-Arabiya" telekanalına istinadən xəbər verir ki, Ər-Riyadda Trampın Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudla görüşü planlaşdırılıb.
Görüşdə əməkdaşlığın bir sıra sahələrdə möhkəmləndirilməsi məsələləri, xüsusilə iqtisadi və hərbi-texniki sahələr müzakirə olunacaq.  Bir sıra ikitərəfli sazişlərin imzalanması gözlənilir.
Tramp Səudiyyə Ərəbistanından sonra İsrail və Vatikana səfər edəcək, daha sonra isə Brüsseldə NATO sammitində və Siciliyada G-7 liderlərinin görüşündə iştirak edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-seudiyye-erebistanina-ilk-resmi-sefere-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR