Səudiyyə Ərəbistanına səfər edən ABŞ prezidenti Donald Tramp Terrorla Mübarizə Mərkəzinin açılışında da iştirak edib.

Metbuat.az xəbər verir ki, açılışda bütün diqqət Səudiyyə Ərəbistanının Kralı Salman bin Abdulaziz, ABŞ prezidenti Donald Tramp və Misir prezidenti Əbdül Fəttah əs-Sisiyə yönəlib.

Terrorla Mübarizə Mərkəzi radikal düşüncələrlə mübarizə aparan, insanlar arasında geniş şəkildə istifadə edilən radikal dil və ləhcələri tədqiq edən və bu ideyaların yayılmasına mane olmağa çalışan ilk beynəlxalq qurum olacaq.

Aytən Novruzova / Metbuat.az