Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mançesterdə baş verən terror aktı ilə bağlı Britaniya xalqının yanında olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, Ərdoğan terror aktını pisləyib və bu sözləri deyib:

“İngiltərənin Mançester şəhərində baş verən terroru şiddətlə qınayıram. İngiltərə dövlətinin, ingilis xalqının yanındayıq. Onların kədərini paylaşıram”.

Aytən Novruzova / Metbuat.az