"Mançester Arena" stadionunda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Mançester Şəhər Polis İdarəsi "Twitter" səhifəsində yazıb.

Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən 23 yaşlı şəxs aparılan reyd nəticəsində saxlanılıb.

Qeyd edək ki, Mançesterdə amerikalı müğənni Ariana Qrandenin konsertində törədilən terror aksiyası nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.

Aytən Novruzova / Metbuat.az