"Report" BBC-yə istinadən xəbər verir ki, adı açıqlanmayan 37 yaşlı şəxs təyyarəyə minməyə hazırlaşdığı zaman saxlanılıb.
İlkin məlumatlara görə, o, Suriyaya getməyi planlaşdırıb.
Böyük Britaniyada qüvvədə olan terror fəaliyyəti ilə bağlı Akta uyğun olaraq, həmin şəxs həbs olunub və polis bölməsinə aparılıb. Hazırda polis şəhərin şimalında iki ünvanda axtarışlar aparır.