Monteneqro iyunun əvvəlində NATO-nun tamhüquqlu üzvü olacaq.

Metbuat.az xəbər verir ki, ABŞ Senatı Monteneqronun NATO- ya üzvlüyünə dair sazişi ratifikasiya edib.

Monteneqronun NATO- ya üzv seçilməsini 97 senator dəstəkləyib, iki senator “əleyhinə” səs verib, bir nəfər isə səs verməyib.

Üzvlüyə dair qərar ölkə parlamentində qəbul ediləcək.

Aytən Novruzova / Metbuat.az