Bakıda 30 yaşlı kişi naməlum şəxslər tərəfindən döyülüb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Rəsulov Samir Rövşən oğlu paytaxtdakı iri ticarət mərkəzlərindən birinin qarşısında 2 nəfər tərəfindən döyülüb. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az