Ş.Hüseynlinin sözlərinə görə, proses Milli Antidopinq Proqramı çərçivəsində həyata keçiriləcək. AMADA rəhbəri prosedurun beynəlxalq tələblərə uyğun aparılacağını desə də, dopinq-testlərin götürüləcəyi oyunların gizli saxlanılacağını vurğulayıb. Beynəlxalq oyunlara gəldikdə, o, belə məsələlərlə FİFA və UEFA-nın öz dopinq nəzarətçilərinin məşğul olduğunu əlavə edib.
Qeyd edək ki, Premyer Liqada növbəti mövsümə avqustun ortalarında start veriləcək.