"Barselona"nın müdafiəçisi Jerar Pike İspaniya Kubokunun finalında "Alaves"lə oyundan sonra Madriddə qalıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon futbolçu ABŞ-a yollanacaq və məzuniyyəti dövründə Harvard Universitetində kurs keçəcək. 30 yaşlı müdafiəçi "Əyləncə, KİV və idman biznes sferaları" kursunun dinləyicisi olacaq.
Pike butslarını mismardan asandan sonra "Barselona"nın prezidenti olmaq istədiyini bildirmişdi. O, Yaponiyanın "Rakuten" firması ilə klub arasında titul sponsorluğunun imzalanmasında əsas pay sahibidir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində