Bir nüçə gün öncə ad gününü qeyd edən türkiyəli müğənni Gülşənə maraqlı ad günü hədiyyəsi gəlib. Lent.az-ın Sozcu.com.tr-yə istinadən verdiyi məlumata görə, ifaçının həmkarı Demet Akalın Gülşənə 100 min lirə (təxminən 50 min AZN) dəyərində saat alıb. Müğənni bu hədiyyəni bəyənərək, sosial şəbəkədəki səhifəsinə yükləyib.

Qeyd edək ki, Gülşən bir müddət öncə D.Akalına mahnı hədiyyə etmişdi.

Müğənniyə 100 minlik ad günü hədiyyəsi - FOTO