ABŞ iqlim dəyişikliyi ilə bağlı Paris müqaviləsindən çıxmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yaxın günlərdə rəsmi qərarı açıqlayacağı haqda “Twitter” hesabında paylaşım edib.

Qeyd edək ki, 2015-ci ildə bağlanan Paris müqaviləsi iqlim dəyişikliyinə qarşı imzalanan ilk sistemli müqavilədir. Müqavilə 55 ölkənin ratifikasiyasından sonra qüvvəyə minib. Müqavilənin bağlanmasında məqsəd ortalama qlobal temperatur artımını 2 C-dən aşağı tutmaqdır. Müqavilənin şərtlərinə əsasən, ölkələr karbon emissiyalarını azaltmaq öhdəliyi götürüb.

ABŞ-ın keçmiş prezidenti Barak Obama Paris müqaviləsini 2016-cı ildə imzalayıb. G7 ölkələri ABŞ-ın müqavilədən çıxmasını istəmir. Belə ki, istixanalardan buraxılan karbon emissiyasına görə ABŞ Çindən sonra ikinci yeri tutur.

Aytən Novruzova / Metbuat.az