Diyarbəkirdə PKK terrorçularına qarşı aparılan əməliyyatlarda 3 əsgər şəhid olub.
Metbuat.az xəbər verir ki, Diyarbəkirin 6 ilçəsi, 104 kəndində aparılan əməliyyatlarda 2 terrorçu məhv edilib.
Qeyd edək ki, 18 tabur, 200 özəl hərəkat polisi, 457 təhlükəsizlik əməkdaşının, ümumilikdə isə 10073 hərbçinin iştirakı ilə keçirilən əməliyyatlar mayın 28-dən başlayıb.
Aytən Novruzova / Metbuat.az