“Fənərbaxça”nın danimarkalı ulduzu Simon Kyer “Beşiktaş"la oynanılan matç zamanı baş verən yumruq davasına görə ifadə verməyə çağırılıb.
Metbuat.az xəbər verir ki, Kyer "Beşiktaş"ın baş məşqçisi Şenol Güneşlə aralarında yaranan gərginliyə görə cavab verməli olacaq. Ondan Şenol Günəşlə bağlı şikayətçi olub-olmadığı da soruşulacaq.
Qeyd edək ki, bu, futbolçuların ifadə vermək üçün bölməyə çağırıldığı ilk belə hadisə deyil.
Aytən Novruzova / Metbuat.az