Kriştiano Ronaldonun büstü ilə diqqət mərkəzinə düşən heykəltaraş Emmanuel Santos bu dəfə Qaret Beylin büstünü hazırlayıb.

Metbuat.az xəbər verir ki, Emanuel Santos Madrid "Real"ının portuqaliyalı ulduzu Kriştiano Ronaldonun büstünü hazırlamaqla gülüş hədəfinə çevrilmişdi. Əksəriyyət büstün Ronaldoya bənzəmədiyini bildirmişdi.

Qeyd edək ki, "Real"ın və Uels millisinin formasını geyinən Qaret Beylin büstü Kardifdədir.

Aytən Novruzova / Metbuat.az