Dünən məhkəmədə BBC-nin ulduzu meşədə ərinin gözü qarşısında yeniyetmələrlə cinsi əlaqədə olduğunu etiraf edib. Lakin o, oğlanın 18 yaşdan az olması ilə bağlı deyilənləri təkzib edib.
Milli.Az Britaniya mediasına istinadla bildirir ki, 60 yaşlı Culi Vadsvort məhkəmədə 90-cı illərdə əri ilə birlikdə getdiyi tətildə yeniyetmənin onun sinəsinə toxunmağına icazə verdiyini və özünün də mane olmadığını söyləyib.
Qadın hakim qarşısında danışarkən oğlanın 17, 18 yaşının olduğunu söyləyib. Lakin oğlanın 14 yaşında olduğu deyilir.
BBC-nin Lester radio bürosunun aparıcısı hakim qarşısında deyib:
"Ərimlə birlikdə meşəlik ərazidəydik. Sevişməyə başlamışdıq. Bu anda kolluqların arxasından səs gəldi. Səs bizi ürkütmüşdü. Birdən otların arxasından oğlan çıxdı. Mənim sinəm açıq idi. Ərim də yanımda idi. Biz ona dedik ki, səni izləməyəcəyik. O isə mənə yaxınlaşdı və sinəmə toxundu. Ərim isə buna normal reaksiya verdi. Mən də ona qarşılıq verdim. Sonra isə bizi ərimlə yalnız qoyub, getdi. Özümü qəribə hiss edirdim. Onun yaşı 17, 18 olardı. Daha sonra isə meşədə qarşıma çıxan iki yeniyetmə ilə də sevişdim. Bunlardan sonra isə ərimlə birlikdə qərara gəldik ki, bir də meşəlik əraziyə getməyək".
Qeyd edək ki, ikilinin məhkəməsi ertələnib. Araşdırma davam etdirilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində