İspan əslli məşhur aktyor Parisdə 12 nəfərin ölümü ilə nəticələnən terror aktını sosial şəbəkədə şərh edib.Villi Toledo baş verənlərə görə, NATO-nu, Pentaqonu və Qərbi ittiham edib
Anspress-in məlumatına görə, Villi Toledo baş verənlərə görə, NATO-nu, Pentaqonu və Qərbi ittiham edib.
“Siz heç səs-küy salmadan gündə milyonlarla insanı öldürürsünüz. Onların baş verənlər qarşısında səssiz qalacaqlarınımı düşünürsünüz?”
Aktyor yazdığı ismarışda Pentaqon və NATO bombardımanlarının ölkələri yox edəcək səviyyəyə çatdığını deyib.
“Bu hadisələrlə bağlı tənqidlərimi ifadə edəcəyəm. Məqsədim, sadəcə olaraq, yaddaşlarınızı yeniləməkdir”.
Parisdə baş verən terror aktını lənətlədiyini, kəskin şəkildə pislədiyini də xatırladan ispan aktyor bildirib ki, bu qətliamdan sonra hər kəs papağını qarşısına qoyub yaxşı-yaxşı düşünməlidir.
Xatırladaq ki, Villi Toledo bir müddət əvvəl Avstraliyada kafelərdən birində baş vermiş girov hadisəsi zamanı həyata keçirilən polis əməliyyatını kəskin tənqid etmişdi.
“Bir nəfər bara girir, içəridə olanları girov götürür. Heç bir ziyanlıq yoxdur. Daha sonra polis əməliyyat keçirir, 3 nəfər ölür. Nəticə: bütün dünyada, İslama qarşı hərəkətə keçək səsləri yüksəlir”, – aktyor Tvitter səhifəsində yazmışdı.
Milli.Az