Rəcəb Tayyib Ərdoğan ABŞ-la bağlı düşüncələrinin dəyişdiyini qeyd edib.

Metbuat.az xəbər verir ki, Türkiyə prezidenti ABŞ XİN-i tərəfindən hər il okeanın o tayında yaşayan müsəlmanlar üçün təşkil olunan iftar süfrəsinin bu il təxirə salınmasına sərt reaksiya verib:

“Bəs dini tolerantlıq nümayiş etdirirdiniz? Bu etdikləriniz nə mənaya gəlir? Biz vəd edilən sözlərə yox, əməllərə baxırıq.

Əgər biz bu gün ay-ulduzlu bayrağımızın altında rahat şəkildə nəfəs ala biliriksə, minarələrimizdən azanlar səsləndirilirsə, gələcəyimizə ümidlə baxa biliriksə, bütün bunlar üçün şəhidlərimizə, qəhrəmanlarımıza borcluyuq. Vətənə xəyanət edənlər heç bir vəchlə bağışlanmayacaq. Suriya ərazisindən torpaqlarımıza qarşı ən cüzi təhdid hiss edərsək, sağa-sola baxmadan lazım olanları edəcəyik. Sərhədlərimizdə terror dövləti qurmaq istəyənlər gərək bizdən inciməsin. Terrorçularla heç bir əməkdaşlığımız ola bilməz. Biz sülhün tərəfdarıyıq, amma sülh keçərli olmasa, son damla qanımıza qədər mübarizəyə hazırıq".

Aytən Novruzova / Metbuat.az