Əməkdar artist Xumar Qədimova dinləyicilərinə “Onu sevmə deyirlər” adlı yeni mahnı təqdim edib. Lent.az-ın məlumatına görə, əməkdar artist bu dəfə türk folklor musiqisinə müraciət edib:
“Bir neçə il əvvəl Türkiyənin Van şəhərində məclisdə olan zaman məndən bu mahnını ifa etməyi istədilər. O vaxtdan bu türkünü repertuarıma daxil etmək istəyirdim və bu günlərdə mahnını lentə aldırdım”.
Qeyd edək ki, X.Qədimova mahnı ilə birgə fotosessiya da etdirib.




