Mayın 31-də Türkiyənin Şırnak əyalətində baş verən vertolyot faciəsi zamanı şəhid olan yüzbaşı Songül Yakutun son istəyi bilinib.
Metbuat.az xəbər verir ki, Türkiyə Jandarma Qüvvələrinin 167 illik tarixində ilk qadın komandir olan polkovnik-leytenant Songül Yakut hadisədən bir neçə gün əvvəl vəkilinə zəng edərək, FETÖ-ya qarşı məhkəmə iddiası qaldırmaq istədiyini bildirib.
Qeyd edək ki, şəhid Songül Yakut 2014-cü ildə FETÖ-çu prokurorların qondarma ittihamı əsasında “Balyoz davası” adı verilən əməliyyat nəticəsində tutduğu vəzifədən azad edilmişdi. O, günahsız olduğunu sübut etdikdən sonra, 2016-cı ilin iyunundan xidmətə bərpa olunmuşdu.
Şırnakda keçirilən vida mərasimdən sonra S.Yakutun cənazəsi doğulduğu Malatyada dəfn olunub.
Aytən Novruzova / Metbuat.az