BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyalarını artırıb.
Metbuat.az xəbər verir ki, ABŞ tərəfindən hazırlanan qətnamə BMT Təhlükəsizlik Şurasının iclasında yekdilliklə qəbul olunub.
Beləliklə, Şimali Koreyanın sanksiyalara məruz qalan şirkətlərinin siyahısına daha 14-ü daxil olunub. Şirkətlər Şimali Koreyanın nüvə proqramına dəstəkdə ittiham olunur.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 2016-cı ildən etibarən Şimali Koreyaya qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq edir.
ABŞ-ın Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Nikki Haley Şimali Koreyanı sülhə əməl etməyəcəyi təqdirdə, əməllərin cavabsız qoyulmayacağı ilə təhdid edib.
Çinin Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi də Şimali Koreyanın nüvə sınaqlarına qarşı olduğunu bildirib.
Aytən Novruzova / Metbuat.az