Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “PYD-dən təhlükə gələrsə, biz bu məsələni heç kəslə müzakirə etmədən, özümüz qərar verəcəyik”- deyə bildirib.

Metbuat.az xəbər verir ki, Ərdoğan bu sözləri ABŞ-ın PKK terror təşkilatının Suriyadakı qolu YPG-yə satdığı silahların görüntülərinin yayılmasından sonra deyib.
“Raqqada İŞİD terrorçu qruplaşması var. Suriyanın hər hansı hissəsindən Türkiyəyə təcavüz aktı olarsa, bu məsələdə kimsəylə danışmayacağıq. “Fərat qalxanı” əməliyyatının davamı olacaq”.

Aytən Novruzova / Metbuat.az