Almaniyada Şimali Reyn-Vestfaliya federal əyalətində Köln şəhərində sürətli şəhərlərarası qatar relsdən çıxıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Koelnische Rundschau qəzeti xəbər verir.
Deutsche Bahn dəmir yolu konserninin məlumatına görə, hadisə bazar günü səhər baş verib. Qatarında yalnız maşinist olub, o xəsarət almayıb.
Bildirilir ki, qatarın relsdən çıxması nəticəsində dəmir yollarında hərəkət qismən dayandırılıb
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində