Yuyucu toz alarkən diqqətli olun: 5 nəfərlik ailənin bədəninə yara saldı - VİDEO

Yuyucu toz alarkən diqqətli olun: 5 nəfərlik ailənin bədəninə yara saldı - VİDEO
22:22 4 İyun 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bazardan alınan yuyucu toz bir ailənin 5 üzvünün bədəninə yara saldı.

Milli.Az bildirir ki, İlahə Şirinova ucuz qiymətə aldığı yuyucu tozla paltarları yuduqdan sonra ailə üzvlərinin bədənində qaşıntı yarandığını, yaralar çıxdığını görüb. İlk baxışdan yedikləri yeməkdən allergiya verdiklərini düşünsələr də sonra marketdən aldıqları ilə bazardan alınanı müqayisə edəndə qaşıntıların nədən yarandığını biliblər.

Əvvəllər də ucuz olduğu üçün bu yuyucu vasitələri yol kənarı maşınlardan və bazarlardan alan zərərçəkən, indi heçkimə bir iki manat fərqə aldanmamağa çağırır. İndi yüzlərlə insan ucuz vasitələrə üstünlük versə də, nəticələri bundan da pis ola bilər.
Həkimlər isə son zamanlar belə ucuz məhsullarda allergiyaların tez tez baş verdiyini deyirlər. Hətta bu məhsullar ömürlük xəstəliklərə belə səbəb ola bilər.

Qiyməti ucuz olan belə məhsulların açıq şəkildə bir çox yerlərdə və xarici brendlərin adı ilə satılması insanların özünə daha da çəkir. Azad istehlakçılar birliyinin sədri Eyyub Hüsəynov belə məsələlərdə vətəndaş haqlı olduğunu sübut edərsə istehsalçıdan ona dəyən maddi və mənəvi ziyanı tam tələb edə biləcəyini deyir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yuyucu toz alarkən diqqətli olun: 5 nəfərlik ailənin bədəninə yara saldı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR