370 nəfərə yaxın əlilliyi olan şəxs peşə reabilitasiyasına cəlb edilib

370 nəfərə yaxın əlilliyi olan şəxs peşə reabilitasiyasına cəlb edilib
10:48 8 Yanvar 2015
136 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə ötən il bu təbəqədən olan 367 nəfər şəxsi peşə hazırlığına cəlb edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin şəxslərdən 272 nəfəri ƏƏSMN-nin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) dərzi, toxucu, xalçaçı, aşbaz, kompyuter istifadəçisi, bərbər və s. peşələr üzrə təlim keçiblər. Mərkəzdə peşə təlimində olduqları müddətdə onlar eyni zamanda dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin ediliblər.

Qalan 95 nəfər isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən təşkil edilən peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan gözdən əlilliyi olan 60 nəfər şəxs üçün brayl sistemi üzrə xüsusi peşə təlimi kursları təşkil olunub. Peşə reabilitasiyasına cəlb olunan və təlimi uğurla başa vuran əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün məqsədyönlü işlər aparılıb.

Xatırladaq ki, ötən il DMX ümumilikdə 3786 nəfər vətəndaşı peşə hazırlığı kurslarına cəlb edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2350891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR