x
Loading...

Bakıda VII Şairlər Günü keçirilib

Bakıda VII Şairlər Günü keçirilib
14:07 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində VII Şairlər Günü keçirilib. 
"Report" xəbər verir ki, Məmməd Arazın xatirəsinə həsr olunan mərasim Azərbaycan Yazıçılar Birliyi və Gənc Şairlər Birliyinin təşkilatçılığı ilə baş tutub. 
Tədbir Məmməd Arazın "Məni qoyma təkliyə" şeirini söylədiyi videogörüntü ilə başlayıb. 
Xalq yazıçısı Anar Məmməd Arazın yaradıcılığına toxunaraq qeyd edib ki, Azərbaycan dili yaşadığı müddətdə Məmməd Araz da yaşayacaq. 
Millət vəkili Qənirə Paşayeva tədbirin ölkələr arasında dostluq əlaqələrinin qurulması baxımından vacibliyinə toxunub: "Şairlərin qurduğu körpülərin bünövrəsi sevgidən olur və sevgidən qurulan körpuləri heç kim dağıda bilməz". 
Daha sonra çıxış edənlərə İLESAM-ın sədri Mehmet Nuri Parmaksız tərəfindən İLESAM-ın mükafatı və AYB tərəfindən Mikayıl Müşfiq mükafatı təqdim olunub. 
Tədbirdə şairin ailə üzvləri ilə yanaşı, türkiyəli şairlər də iştirak ediblər. 
Qeyd edək ki, Mikayıl Müşfiqin anadan olması ilə əlaqədar hər il iyunun 5-də qeyd olunan Şairlər Günü artıq üçüncü ildir keçirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/bakida-vii-sairler-gunu-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR