Akkreditasiya qanunvericiliyinin pozulmasına görə cərimələr müəyyənləşdi

Akkreditasiya qanunvericiliyinin pozulmasına görə cərimələr müəyyənləşdi
15:47 5 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib:

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 9, maddə 1559, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21; Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 468-VQD nömrəli, 30 dekabr tarixli 488-VQD və 493-VQD nömrəli, Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 509-VQD və 524-VQD nömrəli, 14 fevral tarixli 529-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddəyə "537.1," rəqəmlərindən sonra "538-1," rəqəmləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 538-1-ci maddə əlavə edilsin:

"Maddə 538-1. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında qanunvericiliyin tələblərinin pozulması

538-1.1. Akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə -

vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

538-1.2. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə -

vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

538-1.3. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik baş verdiyi hallarda, müvafiq qərarın qəbul edilməsi üçün akkreditasiya orqanını dərhal məlumatlandırmamasına görə -

vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

538-1.4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından əsassız imtina olunmasına görə -

vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.

538-1.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasının qanunla müəyyən edilmiş müddətdə aparılmamasına görə -

vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.

538-1.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya tələblərinə cavab verən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsinin məhdudlaşdırılmasına və ya akkreditasiya attestatının ləğvinə görə -

vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir."

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR