x
Loading...

Müdafiə Nazirliyinin mərkəzi aparatının yeni yeməkxanası istifadəyə verilib

Müdafiə Nazirliyinin mərkəzi aparatının yeni yeməkxanası istifadəyə verilib
19:52 5 İyun 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Müdafiə Nazirliyinin mərkəzi aparatı ərazisində müasir standartlara cavab verən yeni inşa edilmiş yeməkxana istifadəyə verilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçular və mülki işçilərin qidalanması üçün nəzərdə tutulan yeməkxanada şəraitlə tanış olub.
Məruzə edilib ki, iki zaldan ibarət yeməkxana və mətbəx yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün lazım olan bütün növ müasir tipli avadanlıqlarla təmin olunub. Xidməti və inzibati otaqlardan ibarət binaya kommunikasiya xətləri çəkilib, mərkəzləşdirilmiş istilik və kondisioner sistemi quraşdırılıb.
Qısa müddətdə inşa edilərək şəxsi heyətin istifadəsinə verilən yeməkxanadakı şəraitlə tanış olduqdan sonra Müdafiə Nazirliyinin rəhbərliyi burada çalışan mülki əməkdaşlarla görüşərək müvafiq tapşırıqlarını verib.





Xəbərin orijinal ünvanı: https://report.az/herbi/mudafie-nazirliyinin-merkezi-aparatinin-yeni-yemekxanasi-istifadeye-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR