Məşhur futbolçu 30 yaşında vəfat etdi

Məşhur futbolçu 30 yaşında vəfat etdi
20:34 5 İyun 2017
67 Digər
Ölkə mətbuatı
A- A+

Çinin “Beytszin” klubunun və Kot-d'İvuar yığmasının yarımmüdafiəçisi Şeyk Tiote 30 yaşında  vəfat edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, futbolçunun halı məşq zamanı qəflətən pisləşib. Bir neçə saatdan sonra Ş.Tiote xəstəxanada keçinib. Ölümün səbəbləri barədə hələ ki, məlumat verilmir.

 

Şeyk Tiote müxtəlif illərdə Hollandiyanın “Tvente” və “Roda”, Belçikanın “Anderlext” klubunda oynayıb. 2010-cu ildən İngiltərənin “Nyukasl” klubunun şərəfini qoruyan futbolçu bu ilin fevralından karyerasını Çində davam etdirib.

 

Kot-d'İvuar milli komandasının heyətində 55 dəfə meydana çıxan Ş.Tiote 2015-ci ildə  Afrika Millətlər Kubokunun qalibi olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR