Qadınların şəxsi inkişafı üzrə təlimlərin növbəti mərhələsi başa çatıb (FOTO)

Qadınların şəxsi inkişafı üzrə təlimlərin növbəti mərhələsi başa çatıb (FOTO)
12:01 6 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu və Dövlət Komitəsinin dəstəyi ilə qadınların şəxsi inkişafı üzrə təlimlərin növbəti mərhələsi başa çatıb.

Bu barədə Trend-ə İƏT Gənclər Forumundan məlumat verilib.

Bildirilir ki, İƏT Gənclər Forumu müsəlman ölkələrində qadınların sosial aktivliyini artırmaq, peşə təhsilini inkişaf etdirmək, onların əmək bazarında iş tapmaq imkanlarını asanlaşdırmaq, fərdi inkişafına dəstək vermək məqsədilə bu il İƏT-ə üzv ölkələrdə qadınların peşə ixtisaslarına yiyələnməsi üzrə silsilə təlim və tədbirlər həyata keçirir.

Azərbaycanda bu təlimlər Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilir və bu il bir sıra ödənişsiz təlimlərin keçirilməsinə start verilmişdir.

Təlimlərin ilk mərhələsi çərçivəsində “Mənim sevimli dayəm” adlı tədris layihəsi həyata keçirilmişdir. Layihənin əsas məqsədləri dayə peşəsi üzrə işləmək istəyən qadınlara peşəkar təlimçilər tərəfindən müvafiq təlimlərin verilməsi və sertifikatlaşdırılması olmuşdur.

Layihənin növbəti mərhələsi İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Peşəkar aşpaz” adlı təlimlərin keçirilməsi ilə baş tutmuşdur.

2017-ci ilin aprel-iyun ayları ərzində davam edən 72 saatlıq təlim sessiyası ərzində iştirakçılar “Milli və Avropa mətbəxi”, “Kafe və restoran mətbəxləri” və s. bu kimi müxtəlif mövzularda təlim və müzakirərələrdə iştirak etmişlər. Təlimlər sahə üzrə ixtisaslaşmış peşəkar kulinarlar tərəfindən professional mətbəx şəraitində baş tutumuşdur. Təlimlərin sonunda keçirilən təntənəli mərasimdə 30 nəfərdən ibarət ilk qrup iştirakçılar İƏT Gənclər Forumu və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlarla təltif edilmişlər. Ümumilikdə aşpazlıq kurslarına üç qrup iştirakçı qatılmışdır.

Yaxın gələcəkdə qadınlar üçün digər önəmli ixtisaslar üzrə təlimlərin də təşkili planlaşdırılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2763214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR