Porno ulduz seçkilərdə iştirak edəcək

Fransada iyun ayında keçiriləcək parlament seçkilərində namizədlərdən biri də keçmiş porno ulduzdur.

Metbuat.az xəbər verir ki, 1990-cı illərin məşhur porno ulduzu, Zara Uayts təxəllüslü Koyman “Azad ekoloji alyans” partiyasından namizəd kimi seçkilərdə iştirak edəcək.

48 yaşlı Koyman keçmişindən utandığını etiraf etdiyini bildirib.

“Əlbəttə ki, utanıram. Ancaq o mənim həyatımın bir hissəsi olub. 20-22 yaş arası dövr həyatımın ən çətin dönəmi olub. Məni küçədə də çətinliklə tanıyırlar”.

O, gələcək siyasi həyatında özünü “həyat uğrunda mübariz”hesab etdiyini bildirib:

“Seçiləcəyim təqdirdə, yoxsulluqla mübarizə aparacam. Heyvanların çəkdiyi acını insanlara çatdıraraq, onların müdafiəsi ilə məşğul olacam”.

Qeyd edək ki, Fransada parlament seçkiləri iyunun 8 və 11-i olmaqla, iki turda keçiriləcək.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR