Maliyyə Nazirliyinin istiqrazları ilə bağlı hərracda tələb təklifdən 5 dəfə çox olub

Maliyyə Nazirliyinin istiqrazları ilə bağlı hərracda tələb təklifdən 5 dəfə çox olub
16:52 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102012546 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 14 investor 25 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 51 712 200 manat təşkil edib.
Sifarişlər 96,0199 manat (16,8105%) – 97,0951 manat (12,1334%) qiymət intervalında təqdim olunub. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 97,01 manat (12,4998%), orta ölçülmüş qiyməti 97,0243 manat (12.4382%) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat olub.
Qiymətli kağızların ödəmə tarixi 5 sentyabr 2019-cu ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/maliyye-nazirliyinin-istiqrazlari-ile-bagli-herracda-teleb-teklifden-5-defe-cox-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR