Biz təbiətin qorunmasına görə Allah qarşısında məsuluq

Biz təbiətin qorunmasına görə Allah qarşısında məsuluq
23:22 6 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Hədislərə nəzər salan zaman başa düşürük ki, yaşadığımız ətraf mühitə görə hər birimiz məsuluq. İstər bitkilərlə bağlı, istərsə də heyvanlarla.
İmam Əli (ə) buyurur: "Allahı nəzərə alın həm bəndələri barəsində, həm də diyar və dördayaqlılar barəsində. Çünki sizin məsuliyyətiniz o qədər ümumidir ki, hətta diyarlar (yaşadığımız ətraf mühit), dördayaqlılar və heyvanlar barəsində sizdən sual olunacaqdır".
Qurani-Kərim buyurur: "Həqiqətən sizə yer üzündə imkan və (onun bəxşişlərindən istifadə) qüdrət(i) verdik və sizin üçün yaşayış vasitələri hazırladıq, amma siz çox az şükür edirsiniz". ("Əraf" 10).
Torpağın insan üzərində olan haqqı odur ki, ona ziyan vurmadan əkinçilik edəsən, onu abadlaşdırasan. Bu gün ətraf mühitin çirklənməsi nəticəsində təbiət və heyvanların tənəffüsü çətinləşmiş və tədrici ölümə məhkum olmuşdular. Halbuki, insan həm təbiətə və həm də heyvanlara görə məsuldur. (Tebyan)
Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, bir dəvəni görür ki, yerə yatızdırıb ayağını bağlayıblar. Ancaq üzərindəki yəhəri götürməyiblər. Adətən dəvələr istirahət edən zaman yəhərlərini götürürlər. Peyğəmbər (s) bu səhnəni görüb buyurur: "Sahibi haradadır? Ona deyin ki, özünü Qiyamət gününün sabahısı hesab vermək üçün hazır etsin".
Ona görə gərək baxaq görək boynumuza qoyulan bu haqqı nə qədər yerinə yetirə bilirik və bu sahədə nə qədər səy göstəririk?

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR