Qətər hakimiyyəti Doha ilə diplomatik münasibətləri kəsən ölkələrin vətəndaşlarına qüvvədə olan qanunvericiliyə uyğun olaraq Qətərdə qalmağa icazə verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Reyter agentliyi xəbər verir.
Qətər DİN-in bəyanatında bildirilir ki, ölkə hakimiyyəti "Qətərə qarşı düşmənçilik kampaniyası nəticəsində onunla diplomatik münasibətləri kəsən qardaş və dost ölkələrin" vətəndaşlarına qarşı öz siyasətində hər hansı dəyişiklik nəzərdə tutmur.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində