İran Qətərə ərzaq ilə dolu beş təyyarə göndərib.
"Report" xəbər verir ki, bu barədə "Iran Air" aviaşirkətinin nümayəndəsinə istinadən "Frans Press" məlumat yayıb.
"Hazırda tez xarab olan məhsullar, xüsusilə meyvə və tərəvəzlə
dolu beş təyyarə Qətərə göndərilib. Onların hər birində 90 tona
yaxın yük var. Daha bir təyyarə bu gün uçacaq", - deyə şirkət
nümayəndəsi Şahroş Nouşabadi bildirib.
Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir, Liviyanın şərq hissəsi, Yəmən, həmçinin Maldiv adaları Qətəri terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsib.