AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu vakant şöbə müdiri vəzifələrinə müsabiqə elan edib

12:07 8 Yanvar 2015
148 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 12:05 ]


Bakı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutu ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.

 

İnstitutdan APA-ya verilən xəbərə görə, vakant yerlər İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi, Fəlsəfə və ictimai fikir tarixi, Sosial fəlsəfə, Müasir fəlsəfə problemləri, Etika, Estetika, Sosiologiya və sosial psixologiya, Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri, Siyasi nəzəriyyələr, Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq, Cinayət hüququ və cinayət prosesi şöbələri üzrə şöbə müdiri vəzifəsinə 1 yerdir.


Müsabiqədə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR