Qərb analitikləri Brent markalı neftin qiymətinin 40 dollardan aşağı düşəcəyini hesab edir

12:47 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 12:45 ]

Yaranmış vəziyyətdə “qara qızıl” ixracatı ilə məşğul olan ölkələr hasilatı azaldacaq

Bakı - APA-Economics. Yaxın gələcəkdə Brent markalı neftin 1 barrelinin qiyməti 40 dollardan aşağı düşə bilər.

 

APA-Economics”in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə “Bank of America Merrill Lynch”in məlumatında bildirilir.

 

Bankın analitikləri hesab edir ki, Brent markalı neftin qiyməti 40 dollardan aşağı düşərsə, yaranmış vəziyyət “qara qızıl” ixracatı ilə məşğul olan ölkələrə, o cümlədən Səudiyyə Ərəbistanına hasilatı azaltmaqdan başqa bir çıxış yolu qoymur.

 

Bankirlər fikrincə, yaxın perspektivdə WTI markalı neftin 1 barelinin qiyməti 35 dollara qədər enə bilər.

 

“Bundan sonra neft hasilatını ya Səudiyyə Ərəbistanı, ya da OPEC-ə üzv olmayan ölkələr azaltmalı olacaq”, - deyə bankın analitik qrupu bildirir.

 

Qeyd edək ki, yanvarın 7-də Brent markalı neftin 1 barelinin qiyməti 2009-cu ilin may ayından etibarən ilk dəfə olaraq 50 dollardan aşağı düşərək, 49,66 dollar olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368383

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR