Nazirlər Kabineti elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərini müəyyən edib

Nazirlər Kabineti elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərini müəyyən edib
05:12 21 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Nazirlər Kabineti elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında haqqında qərar qəbul edib.
"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən elmi tədqiqat institutlarının nizamnamələrində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növləri kimi təcrübə-konstruktor, elmi layihələndirmə işlərinin həyata keçirilməsi, elmi nailiyyətlərin tətbiqi yolu ilə elmtutumlu məhsulların istehsalı və satışı, kitabxana, nəşriyyat və kitab satışı xidmətləri, məsləhət-konsaltinq xidmətləri, ödənişli laboratoriya testləri və sınaq işləri, layihə və müsabiqə sənədlərinin hazırlanması, elmi-praktiki tədbirlərin təşkili, sistem və şəbəkə dəstəyi xidmətləri, informasiya xidmətləri, sifarişlər əsasında elmi araşdırma və tədqiqatların aparıl-ması, ekspert rəyinin verilməsi, elmi tədqiqat institutunun fəaliyyət istiqamətlərinə zidd olmayan işlərin görülməsi və xidmətlərin göstərilməsi müəyyənləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/nazirler-kabineti-elmi-tedqiqat-institutunun-mesgul-olmasina-yol-verilen-sahibkarliq-fealiyyeti-nov

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR