Qusarda DƏHŞƏT: ana 5 yaşlı qızını zəhərləyib öldürdü

Qusarda DƏHŞƏT: ana 5 yaşlı qızını zəhərləyib öldürdü
09:49 21 İyun 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Qusarda azyaşlı qətlə yetirilib.

 

Rayon hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Taypullayeva qızı, 2012-ci il təvəllüdlü Taypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

 

 

Şübhəli şəxs qismində dindirilən G. Taypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

 

G. Taypullayeva tutulub, faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR