Bakıda insident: təcili yardıma getmiş qadın həkimi döydülər

Bakıda insident: təcili yardıma getmiş qadın həkimi döydülər
11:12 21 İyun 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda həkim döyülüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 5 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 48 yaşlı Fəridə Məmmədova polisə müraciət edərək bildirib ki, yardıma getdiyi xəstənin yaxını tərəfindən döyülüb. Həkim qeyd edib ki, növbətçi olduğu vaxt Səttar Bəhlulzadə küçəsi 24 ünvanından çağırış daxil olub. O, briqadanın tərkibində ünvana gedib və xəstəyə yardım göstərməyə çalışıb. Bu zaman xəstənin yaxını, 1984-cü il təvəllüdlü Rzayev Zamin İslam oğlu həkimlə mübahisə etməyə başlayıb və tibbi işçisini döyüb.

Xəsarətin dərəcəsinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilib.
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR